“El Klasiko” başladığı kimi də bitdi

01:46 19 Dekabr 2019

İspaniya La Liqasının 10-cu turundan təxirə salınmış "Barselona" - "Real" oyunu keçirilib.

 

Sportarena.az xəbər verir ki, "Nou Kamp"da baş tutan "El Klasiko"da qol səsi çıxmayıb. Qarşılaşma 0:0 hesabıyla başa çatıb.

 

Qeyd edək ki, geridə qalan 17 turdan sonra 36 xala sahib olan komandalar 1-ci və 2-ci yeri bölüşürlər. 31 xalı olan "Sevilya" isə üçüncü pillədə qərarlaşıb.


Xəbər xətti