“Liverpul” finala yüksəldi - VİDEO

10:22 19 Dekabr 2019

Futbol üzrə klublararası dünya çempionatı davam edir.

 

Sportarena.az xəbər verir ki, bu gün turnirin ikinci finalçısı bəlli olub.Sonuncu yarımfinal görüşü UEFA Çempionlar Liqasının qalibi “Liverpul” (İngiltərə) ilə Meksika “Monterrey”i arasında baş tutub. 2:1 hesablı qələbə qazanan İngiltərə təmsilçisi adını finala yazdırıb.

 

Qeyd edək ki, finalda “Liverpul” “Flamenqo” ilə üz-üzə gələcək. Qarşılaşma dekabrın 21-də baş tutacaq.

 


Digər xəbərlər

Xəbər xətti