Ölkə kubokunda ilk yarımfinalçılar müəyyənləşdi - YENİLƏNİB

20:04 19 Dekabr 2019

Futbol üzrə Azərbaycan kubokunda 1/4 final mərhələsinin cavab görüşləri keçirilir.

 

Sportarena.az xəbər verir ki, bu gün ilk iki yarımfinalçı bəlli olacaq.Öncə “Zirə” ilə “Səbail” üz-üzə gələcək. Bu komandalar arasındakı ilk oyunda qapılara qol vurulmayıb.

 

Günün digər qarşılaşması “Sabah”la “Qəbələ” arasında baş tutacaq. Doğma meydanda 3 cavabsız qola sevinən əyalət təmsilçisi bu cütün aşkar favoritinə çevrilib. Amma paytaxt təmsilçisi də sonadək mübarizə aparmağa çalışacaq.“Sumqayıt” – “Neftçi” və “Keşlə” – “Qarabağ” oyunları isə sabah baş tutacaq.

 

Azərbaycan kuboku
1/4 finalın cavab oyunları
19 dekabr

“Zirə” - “Səbail”  1-0
Hakimlər: Rəhim Həsənov, Namiq Hüseynov, Mübariz Haşımov, Vüqar Həsənli.
Zirə İdman Kompleksinin stadionu, 15:00.
İlk oyun – 0:0.

 

"Sabah" – "Qəbələ"  2-3
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Qəzənfər Məmmədov, Namiq Bəkirov
“Bank Respublika Arena”, 18:00
İlk oyun – 0:3.


Digər xəbərlər

Xəbər xətti