“Liverpul”da yaponiyalı futbolçu

12:09 20 Dekabr 2019

“Liverpul” klubu “Zalsburq”un futbolçusu Takumi Minaminonun transferini rəsmən açıqlayıb.

 

Sportarena.az xəbər verir ki, bu barədə “Liverpul”un rəsmi saytı məlumat yayıb. 24 yaşlı futbolçunun yanvarın 1-dən sonra “Liverpul”da oynayacağı bildirilib. Müqavilənin detalları barədə məlumat verilməyib.

 

Britaniya mətbuatı yaponiyalı futbolçu ilə 2024-cü ilin yayına kimi müqavilə imzalanacağını yazıb. Bu transferin “Liverpul”a 8,5 milyon avroya başa gəldiyi deyilir.

 

Minamino yeni klubunda 18 nömrəli formada çıxış edəcək.


Xəbər xətti