"Zirə"nin əcnəbi futbolçusunu qarət edən azyaşlılar saxlanıldı

12:24 22 Dekabr 2019

Dekabrın 17-də Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinə müraciət edən Botsvana Respublikasının vətəndaşı Mfo Kqasvane pulqabının oğurlanmasını bildirib.

 

Sportarena.az xəbər verir ki, araşdırmalarla müəyyən edilib ki, həmin gün saat 17 radələrində N.Rəfibəyli küçəsində 2 azyaşlı ona yaxınlaşıb, sonradan isə o cibindəki 15 manat və 500 ABŞ dollarının oğurlanmasını aşkar edib.

 

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Yevlax rayon sakinləri olan 2 azyaşlı qızı Bakı şəhər Baş Polis İdarəsinin əməkdaşları müəyyən edərək saxlayıb.

 

Faktla bağlı araşdırma aparılır.


Xəbər xətti