"Qarabağ"ın bir rəqibi müəyyənləşdi

21:50 22 Dekabr 2019

"Qarabağ"ın Antalya təlim-məşq toplanışında yoxlama oyunu keçirəcəyi rəqiblərdən biri müəyyənləşib.

 

Sportarena.az xəbər verir ki, Azərbaycan çempionu Çexiyanın yüksək liqa təmsilçisi "Siqma” ilə qarşılaşacaq. Bu barədə Çexiya klubunun rəsmi saytı məlumat yayıb.

 

Yanvarın 25-də baş tutacaq matç Bakı vaxtı ilə saat 14.30-da start götürəcək.

 

Qeyd edək ki, hazırlıq prosesi zamanı "Qarabağ” ümumən 4 yoxlama görüşü keçirəcək.


Xəbər xətti