"Sabah"dan Kolumbiya klubuna transfer

02:29 23 Dekabr 2019

"Sabah"ın hücumçusu Rocer Roxas karyerasını Kolumbiyada davam etdirəcək.



Sportarena.az xəbər verir ki, honduraslı futbolçu "Deportes Tolimo" klubuna keçib.Bunu klubun prezidenti Qabriel Kamarqo Kolumbiya mətbuatına açıqlamasında deyib. O, Roxas və daha üç futbolçunun yanvarda komandaya qoşulacağını bildirib:

 

Qeyd edək ki, mövsümün əvvəlində Kosta-Rikanın "Alaxuelense" klubundan "Sabah"a keçən 29 yaşlı hücumçu paytaxt təmsilçisində cəmi iki qol vurub. O, ölkə kubokunun 1/8 final mərhələsində birinci divizion təmsilçisi "Ağsu" ilə matçda dubl edib.


Digər xəbərlər

Xəbər xətti