PSV "Qarabağ"a rəqib oldu

16:25 23 Dekabr 2019

Cari mövsümün ilk yarısını icarə əsasında "Qarabağ"da keçirən Asmir Beqoviç daha bir klubun maraq dairəsinə düşüb.

 

Sportarena.az fanat.az-a istinadən xəbər verir ki, 32 yaşlı qolkiper karyerasını Hollandiyada davam etdirə bilər.

 

Məsələ burasındadı ki, İngiltərə klublarından sonra PSV də Bosniya və Herseqovina millisinin üzvünü transfer etmək fikrinə düşüb. Eyndhoven təmsilçisi bunun üçün Beqoviçin müqavilə ilə məxsus olduğu "Bornmut" klubu ilə danışıq aparmağa hazırlaşır.

 

Təkliflərin gündən-günə artması Beqoviçin "Qarabağ"da qalmaq ehtimalını azaldır. Ağdam təmsilçisi də onu saxlamaq fikrindədi və bunun üçün qarşı tərəflə görüş keçiriləcək. Ancaq eyni zamanda "Vest Hem", "Birmingem", "Stok Siti" və "Derbi Kaunti" də çərçivəsini Beqoviçə tapşırmaq niyyətindədi.

 

Qeyd edək ki, Asmir Beqoviç Azərbaycan Premyer Liqasında keçirdiyi 10 oyunda qapısında 5 top görüb.


Digər xəbərlər

Xəbər xətti