Ermənistan Futbol Federasiyasının yeni prezidenti seçildi

10:57 24 Dekabr 2019

Gizli səsvermədən sonra Armen Məlikbəyyan Ermənistan Futbol Federasiyasının yeni prezidenti seçilib.

 

Sportarena.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, Məlikbəyyan 23 səsdən 13-nü toplayıb. O, rəqibləri “Lori” klubunun banisi Tovmas Qriqoryanla futbolçu Xoren Ohannesyana qalib gəlib.

 

Qeyd edək ki, Federasiyanın əvvəlki prezidenti Artur Vanetsyan “Avro-2020”nin seçmə mərhələsində Ermənistan millisinin İtaliyaya 1:9 hesabla uduzmasından sonra noyabrda istefa vermişdi.


Digər xəbərlər

Xəbər xətti