İrqçiliyə görə 10 oyunluq cəza aldı

13:35 24 Dekabr 2019

FİFA bəhreynli futbolçu Sayed Baqeri iqrçiliyə görə cəzalandırıb.

 

Sportarena.az xəbər verir ki, 25 yaşlı müdafiəçi DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində baş tutan Honq Konq – Bəhreyn matçında irqçilik edib. Noyabrın 14-ü Honq Konqda baş tutan matçda yerli azarkeşlərə etdiyi jestlə onların qıyıqgöz olmasına sataşan bəhreynli buna görə 10 oyunluq cəzaya məruz qalıb.
 

FİFA Bəhreyn yığmasının üzvünə 30 min İsveçrə frankı məbləğində cərimə kəsib.


Digər xəbərlər

Xəbər xətti