"Zirə"nin Antalyadakı rəqibləri bəlli oldu

16:06 24 Dekabr 2019

“Zirə”nin qış təlim-məşq toplanışının proqramı bəllidi.



Sportarena.az xəbər verir ki, komanda yanvarın 3-dən Bakıda bir araya gələcək. Ayın 7-nə kimi paytaxtda hazırlıq keçəcək “qartallar” ertəsi gün Türkiyənin Antalya şəhərinə yola düşəcək. Qəsəbə təmsilçsi “İC Santai” otelində məskunlaşacaq.
 

“Zirə” qonşu ölkədə 3 yoxlama oyunu keçirməyi planlaşdırıb. Komanda yanvarın 11-də Türkiyənin “Ümraniyespor”, 16-da Rumıniyanın “Sepsi”, 21-də isə Serbiyanın “Napredak” klubları ilə qarşılaşacaq. ”Qartallar” yanvarın 22-də Bakıya dönəcək.  


Digər xəbərlər

Xəbər xətti