"Keşlə"də ilk ayrılıq

18:16 24 Dekabr 2019

"Keşlə"dən ayrılan ilk futbolçunun adı müəyyənləşib.

 

Sportarena.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, paytaxt klubu qapıçı Şahin Zəkiyevlə yolları ayırıb. Onunla müqavilə qarşılıqlı razılaşma əsasında ləğv olunub.

 

Qeyd edək ki, Ş.Zəkiyev 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin üzvüdür.


Xəbər xətti