Emil Balayev "Tobol"dan ayrılır

10:39 26 Dekabr 2019

Emil Balayev "Tobol"u tərk edəcək.

 

Sportarena.az xəbər verir ki, bu iddia ilə Qazaxıstanın vesti.kz saytı çıxış edib.25 yaşlı qolkiperin Premyer Liqada ötən mövsümkü çıxışını yüksək qiymətləndirən nəşr, Emilin ölkə xaricindən təkliflərinin olduğunu qeyd edib.

 

Qeyd edək ki, "Tobol"a erməni mütəxəssis Qriqori Babayanın baş məşqçi gəlişindən sonra Balayevin Qazaxıstan klubundan ayrılacağı iddia olunur.


Xəbər xətti