Zəlzələdən qorxduğu üçün klubunda ayrıldı

11:48 26 Dekabr 2019

"Səbail”in sabiq futbolçusu Tome Kitanovski "Kukesi" klubundan maraqlı səbəbə görə ayrılıb.

 

Sportarena.az xəbər verir ki, makedoniyalı müdafiəçi zəlzələdən qorxduğu üçün bu addımı atıb. Ötən ayın 27-də Albaniyada 6.4 gücündə yeraltı təkan baş vermiş və 50-dən çox insan həlak olmuşdu. Tome Kitanovski zəlzələyə qarşı fobiyası olduğu üçün bu ölkəni tərk edib. 27 yaşlı oyunçu geri qayıtmayacağını açıqlayıb və rəhbərlikdən müqaviləsinin ləğv edilməsini xahiş edib.

 

Qeyd edək ki, Kitanovski ötən mövsüm "Səbail”də oynayıb.


Digər xəbərlər

Xəbər xətti