“Neftçi” Kiyev “Dinamo”su ilə qarşılaşacaq

13:33 27 Dekabr 2019

“Neftçi”nin Türkiyədə təşkil olunacaq təlim-məşq toplanışında keçirəcəyi yoxlama oyunlarındakı rəqiblərindən daha biri müəyyənləşib.

 

Sportarena.az xəbər verir ki, komanda yanvarın 20-də Belekdəki “Gloria Sports Arena”da Ukraynanın “Dinamo” (Kiyev) klubu ilə qarşılaşacaq.

 

Xatırladaq ki, Türkiyədəki hazırlıq prosesində 3 yoxlama görüşü keçirməyi planlaşdıran “Neftçi”nin yanvarın 15-dəkı rəqibi Polşanın “LKS Lodz” klubu olacaq. Yanvarın 24-ü keçiriləcək sonuncu sınaq matçındakı rəqib haqda daha sonra məlumat veriləcək.


Xəbər xətti