AFFA prezidentinin deputatlığa namizədliyi irəli sürülmədi

16:59 27 Dekabr 2019

SOCAR-ın və AFFA-nın prezidenti Rövnəq Abdullayev fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkisində iştirak etməyəcək.

 

Sportarena.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, siyahıda bir sıra tanınmış YAP-çı deputatlar yer almayacaq. Onların arasında R.Abdullayev də var. YAP yüksək dövlət vəzifəsi tutan şəxslərin parlamentdə təmsil olunması məqsədəuyğun hesab etməyib.

 

Beləliklə, partiya R.Abdullayev də daxil olmaqla bir neçə tanınmış şəxsin namizədliyini irəli sürməyib.
 

Xatırladaq ki, R.Abdullayev üç çağırış Milli Məclisin deputatı olub.


Digər xəbərlər

Xəbər xətti