"Sabah"dan yeni transfer

13:40 29 Dekabr 2019

“Sabah” yeni transferini gerçəkləşdirib.

 

Sportarena.az xəbər verir ki, paytaxt təmsilçisi Xorvatiyanın “Qoritsa” klubunun dayaq yarımmüdafiəçisi Mario Marinanı transfer edib. Bu barədə Velika-Qoritsa təmsilçisinin saytı məlumat yayıb.

 

Xəbərdə 30 yaşlı yarımmüdafiəçinin 3,5 il sonra komandadan ayrıldığı və "Sabah"a transfer olduğu qeyd edilib. Transferin detalları isə açıqlanmayıb.

 

Xorvatiya və Bosniya və Herseqovina vətəndaşlığı olan Mario bu mövsümdə Xorvatiya çempionatında 13 oyun keçirib. O, Xorvatiyanın “Zaqora”, “Dinara Knin”, “Sibenik”, Bosniya və Herseqovinanın “Şiroki Brieq” klublarında oynayıb.

 

Xorvatiya mətbuatı "Sabah"ın bu keçid üçün 250 min avro təzminat ödədiyini yazıb.


Xəbər xətti