Emil Balayev ən yaxşılar arasında

14:04 29 Dekabr 2019

"Tobol"un qapıçısı Emil Balayev Qazaxıstan Premyer Liqasında ən çox seyv edən qapıçılardan biridi.

 

Sportarena.az xəbər verir ki, bu barədə Kostanay təmsilçisinin mətbuat xidməti məlumat yayıb.Balayev son mövsümdə 29 qurtarışla ilk "3-lük”də qərarlaşıb. O, yalnız Karaqanda "Şaxtyor"unun qapıçısı İqor Şatski (31) və "Astana"nın qolkiperi Nenad Eriçdən (34) geri qalıb.

 

Qeyd edək ki, 25 yaşlı qapıçı son mövsümdə Qazaxıstan çempionatında keçirdiyi 31 oyunun 18-də qapısını toxunulmaz saxlayıb.


Xəbər xətti