Balaca Damlanın velosiped istəyi yerinə yetirildi - FOTOLAR

20:10 29 Dekabr 2019

Zaqatala rayonu, Bəhmətli kəndində yaşayan 6-cı sinif şagirdi, atasız böyüyən Damla Ramazanova Yeni İl ərəfəsində Şaxta Babaya məktub yazaraq ondan çoxdandır arzusunda olduğu velosiped istəyib. 

 

Sportarena.az xəbər verir ki, onun bu istəyini isə Azərbaycan Velosiped İdmanı Federasiyası və Respublika Olimpiya Velosiped Məktəbinin Şaxta Babası yerinə yetirib.

 

Federasiya və məktəbin nümayəndələri ilə birlikdə Damlanın yaşadığı evə gedən Şaxta Baba balaca Damlaya velosiped və digər hədiyyələr verərək onu Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni İl münasibətilə təbrik edib.



Digər xəbərlər

Xəbər xətti