Avstraliyadakı meşə yanğınları ilə mübarizəyə 25 min ayırdı

15:03 7 Yanvar 2020

Rusiyalı tennisçi Mariya Şarapova Avstraliyadakı meşə yanğınları ilə mübarizəyə 25 min dollar vəsait ayırıb.

 

Sportarena.az xəbər verir ki, bu barədə o, Tvitter səhifəsində məlumat verib.

 

“Son 15 ildə Avstraliya yanvarda bir aylıq mənim evim olurdu (bu müddət ərzində “Australian Open” keçirilir – red.). Yanğınların torpaqları, gözəl ailələri və heyvanları necə məhv etdiyini görmək çox ağırdır. Mən 25 min dollar məbləğində iyanə etmək istərdim”, - Şarapova yazıb.

 

Qeyd edək ki, yanğınlar nəticəsində 6 milyon hektar meşə, 2 minə yaxın yaşayış evi və 3 min inzibati və təsərrüfat tikililəri məhv olub. Bundan başqa, yanğında 23 insan, 3 yanğınsöndürən, 8 minədək koala, yüz minlərlə digər növ heyvanlar ölüb, 6 insan itkin düşüb. 

 

Xatırladaq ki, daha əvvəl Avstraliyalı aktrisa Nikol Kidman və müğənni Pink ölkədəki meşə yanğınları ilə mübarizəyə hər biri 500 min ABŞ dollar olmaqla ümumilikdə 1 milyon dollar vəsait ayırmışdı.



Xəbər xətti