"Zirə" 4 futbolçunu göndərir

16:39 7 Yanvar 2020

"Zirə" klubu 4 futbolçusu ilə yollarını ayırmağı qərara alıb.

 

Sportarena.az xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Zaur Həşimov məlumat verib.39 yaşlı mütəxəssis Elvin Məmmədovla yanaşı, Bəxtiyar Həsənalızadə, Soni Norde və Anastasios Papazoqlunun əvəzedici heyətdə məşq etdiyini söyləyib: "Biz onları evəzedici heyətə göndərməmişik. Sadəcə, demişik ki, klub tapana kimi orada olun və məşq edin ki, formada olasınız".

 

Həşimov əvəzedici heyətdə məşq edən oyunçuların Türkiyənin Antalya bölgəsindəki təlim-məşq toplanışına aparılmayacaqlarını da sözlərinə əlavə edib. O, hələlik heç bir legionerlə anlaşmadıqlarını da söyləyib: "Antalyaya baxışa bir neçə futbolçu dəvət etmişik. Adlarını açıqlaya bilmərəm. Keçid həll olunmamış danışmağım düzgün deyil".

 

Qeyd edək ki, "Zirə" Premyer Liqanın ilk yarısnı 17 xalla beşinci pillədə bitirib. Qəsəbə klubu Türkiyəyə yanvarın 8-də yola düşəcək. “İC Santai” otelində məskunlaşacaq komanda qonşu ölkədə 3 yoxlama oyunu keçirməyi planlaşdırıb. Rəqiblər yanvarın 11-də Türkiyənin “Ümraniyespor”, yanvarın 16-da Rumıniyanın “Sepsi”, yanvarın 21-də isə Serbiyanın “Napredak” klubları olacaq.

 

"Zirə" yanvarın 22-də Bakıya qayıdacaq (Report).


Xəbər xətti