Afrikanın ən yaxşı futbolçusu müəyyənləşdi

01:42 8 Yanvar 2020

Afrikada 2019-cu ilin ən yaxşı futbolçusu müəyyənləşib.

 

Sportarena.az xəbər verir ki, Seneqal millisinin və "Liverpul"un oyunçusu Sadio Mane ötən ilin ən yaxşısı seçilib. O, karyerasında ilk dəfə bu ada layiq görülüb. 27 yaşlı hücumçu məşqçilər və federasiya nümayəndələri arasında aparılan səsvermədə, Məhəmməd Salahı ("Liverpul", Misir) və Riyad Mahrezi (Əlcəzair, "Mançester Siti") qabaqlayıb.

 

Qeyd edək ki, Mane ötən mövsüm "Liverpul"la Çempionlar Liqasının qalibi olub.

 

Xatırladaq ki, son iki il idi "Liverpul"un futbolçusu Məhəmməd Salah Afrikanın ən yaxşı futbolçusu seçilirdi.


Digər xəbərlər

Xəbər xətti