“Beşiktaş”dan Arda Turan açıqlaması

11:53 8 Yanvar 2020

Türkiyənin “Beşiktaş” klubu Arda Turanla bağlı açıqlama yayıb.

 

Sportarena.az xəbər verir ki, “qara-qartallar”ın yaydığı açıqlamada təcrübəli yarımmüdafiəçinin transferinin gündəmdə olmadığı, yayılan xəbərlərin yalan olduğu bildirilib.

 

Qeyd edək ki, Arda Turan son olaraq çıxış etdiyi “Başakşehir”dən ayrılıb. Onun sabiq klubu “Qalatasaray”a transfer olunacağı bildirilir.


Digər xəbərlər

Xəbər xətti