"Zirə" Antalyaya yollandı

10:36 8 Yanvar 2020

"Zirə" qış təlim-məşq toplanışının 2-ci mərhələsi üçün Türkiyəyə yollanıb.

 

Sportarena.az xəbər verir ki, qəsəbə təmsilçisi Antalyadakı toplanış çərçivəsində 3 yoxlama oyunu keçirəcək. Komanda yanvarın 11-də Türkiyənin "Ümraniyespor", 16-da Rumınyanın "Sepsi", 21-də isə Serbiyanın "Napredak" komandası ilə qarşılaşacaq.

 

"Qartallar" yanvarın 22-də Bakıya qayıdacaq.


Xəbər xətti