“Neftçi” Rauf Əliyevi göndərdi

18:09 8 Yanvar 2020

“Neftçi” hücumçusu Rauf Əliyevlə yollarını ayırıb.

 

Sportarena.az klubun rəsmi saytına istinadən xəbər verir ki, hücumçuyla müqaviləyə birtərəfli şəkildə xitam verib. “Ağ-qaralar” futbolçuya gələcək karyerasında uğurlar arzulayıb.Ötən ilin iyununda “Qəbələ”dən transfer edilən forvardla 2 illik müqavilə imzalanmışdı.

 

Qeyd edək ki, Rauf Əliyev bu mövsüm “Neftçi”nin heyətində 15 oyunda meydana çıxıb, 2 qola imza atıb.


Xəbər xətti