Millimizin futbolçusunun bərbəri erməni imiş

14:14 9 Yanvar 2020

Millimizin futbolçusu Dmitri Nazarovun Almaniyadakı bərbəri ermənidi. 

 

Sportarena.az xəbər verir ki, bu barədə blick.de saytı məlumat yayıb. Məlumata görə, "Aue" klubunda çıxış edən futbolçu həmin şəhərdə biznesə başlayan erməni Ovik Manukyanın ilk tanınmış müştərisi olub. 

 

Bu barədə erməni bərbər özü də açıqlama verib. Bildirib ki, iş qurmaq üçün üç ay yarım əziyyət çəkib və bərbərxananı açdıqdan cəmi iki gündən sonra ilk məşhur qonağını - "Aue"nin oyunçusu Dmitri Nazarovu qarşılayıb.


Xəbər xətti