"Səbail" ilk transferini rəsmiləşdirdi

19:37 10 Yanvar 2020

"Səbail" heyətini yeni futbolçu ilə gücləndirib.  

 

Sportarena.az paytaxt təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, komanda "Keşlə"nin futbolçusu Murad Qayalı ilə anlaşıb. 21 yaşlı müdafiəçi ilə 2.5 illik müqavilə imzalanıb. 

 

Qeyd edək ki, Murad Qayalı "Səbail"in qış transfer dönəmində ilk transferidir. Klub daha öncə Mirabdulla Abbasov ("Neftçi", icarədən göndərilib), Ağabala Ramazanov ("Zirə"), Elvin Yunuszadə və İqor Korotetski ilə yollarını ayırıb. 


Digər xəbərlər

Xəbər xətti