Xavi “Barselona”nı çalışdıra bilər

12:31 11 Yanvar 2020

“Barselona” sabiq futbolçusu Xavini baş məşqçisi kimi kluba qaytara bilər.

 

Sportarena.az xəbər verir ki, bu iddia ilə “Mundo Deportivo” nəşri çıxış edib. Məlumata görə, “Barselona”nın baş direktoru Oskar Qrau və idman direktoru Erik Abidalın bu gün Dohada 39 yaşlı mütəxəssislə görüşüb.

 

Qeyd edək ki, 1998-2015-ci illərdə “Barselona”da oynayan Xavi hazırda Qətərin “Əl-Sədd” klubunun baş məşqçisidir.


Digər xəbərlər

Xəbər xətti