"Sabah"ın ilk oyununun vaxtı müəyyənləşdi

12:52 11 Yanvar 2020

“Sabah”ın Türkiyənin Antalya vilayətinin Belek bölgəsində təlim-məşq toplanışı çərçivəsində ilk yoxlama oyunun başlama saatı müəyyənləşib.

 

Sportarena.az klubun rəsmi "Feysbuk" səhifəsinə istinadən xəbər verir ki, Macarıstanın “Pakş” klubuna qarşı matç sabah yerli vaxtla saat 17:30-da (Bakı vaxtı ilə 18:30-da) başlayacaq. Görüş Belekdəki Hüseyn Aygün Futbol Mərkəzində keçiriləcək.

 

Qeyd edək ki, qarşılaşma “Sabah”ın “youtube” kanalı vasitəsilə canlı yayımlanacaq.


Digər xəbərlər

Xəbər xətti