İdmançımız Polşada qızıl medal qazandı

11:14 12 Yanvar 2020

Azərbaycan konkisürəni Vladimir Litvintsev Polşada keçirilən Torun Kubokunda qızıl medal qazanıb.

 

Sportarena.az xəbər verir ki, idmançımız konkisürmə üzrə kişilərin fərdi yarışında ən yüksək nəticə göstərərək qalib adını qazanıb.

 

İdmançımız uğurlu çıxışı ilə hakimlərdən 145,99 xal alıb. Rusiyalı Mark Kondratyuk (135,9) ikinci, avstriyalı Brendan Kerri (131,39) isə üçüncü olublar.


Digər xəbərlər

Xəbər xətti