Serxio Aquero Premyer Liqanın tarixinə düşdü

10:51 13 Yanvar 2020

"Mançester Siti"nin futbolçusu Serxio Aquero İngiltərə Premyer Liqasında yeni rekord müəllifi olub.

 

Sportarena.az xəbər verir ki, 32 yaşlı hücumçu çempionatda ən çox het-trik edən futbolçu kimi tarixə düşüb.Argentinalı forvard XXII turda səfərdə "Aston Villa"nı məğlub etdikləri (6:1) oyunda rəqib qapısından 3 top keçirə bilib. Bu onun Premyer Liqada 12-ci het-triki olub. 

 

Aquero bu göstəricidə ingiltərəli Alan Şirerı (11) geridə qoyub.

 

Qeyd edək ki, Serxio Aquero 2011-ci ilin yayında 40 milyon avro qarşılığında "Atletiko"dan "Mançester Siti"yə keçib. O, bu mövsüm Premyer Liqada 16 oyuna 13 qol vurub. 


Digər xəbərlər

Xəbər xətti