"Neftçi"nin iranlı legioneri: "Mən də türkəm, burdakılar da" - VİDEO

Sportarena.az      13 Yanvar 2018, 12:00

"Neftçi"ni çoxdan tanıyıram. Bilirəm ki, Azərbaycanda hamıdan əvvəl - 1937-ci ildə yaranan klubdu. Baş tutan bu keçidə çox sevindim. Çox istəyirdim ki, bura gəlim. Çox sevinirəm ki, həm Azərbaycanda çıxış edirəm, həm də "Neftçi"də".

 

Sportarena.az xəbər verir ki, bu fikirləri "Neftçi"nin yeni transferi Saman Nəriman Cahan klubun "yutub" kanalına müsahibəsində söyləyib. Təbriz klubu "Maşinsazi"dən transfer edilən iranlı yarımmüdafiəçi "Neftçi TV"yə açıqlamasında bunları söyləyib: "Ceyhun Sultanovla (idman direktoru) Füzuli Məmmədovun (məşqçi) İranda oynadığını bilirəm. Komandamın məşqçilərindən biri mənə söylədi ki, onlar çox yaxşı insanlardı, klub da çox yaxşıdı. Özüm Azərbaycanı tanıyırdım, yaxından məlumat almaq üçün burada çıxış edən iranlı futbolçular Peyman Babayi ilə Mehdi Şərifidən soruşdum. Onlar da təriflədilər "Neftçi"ni. Azərbaycanla bağlı yaxşı sözlər dedilər. Novruz bayramında da burda idim, özüm bütün bunları yaxşı bilirəm. Yaxşı ki, Allahın köməkliyi ilə bu iş oldu. İnşallah, həm mənim, həm də "Neftçi" üçün uğurlu il olar". 

 

Legioner yeni klubunda məqsədinin çempion olmaq olduğunu söyləyib: "Yaxşı hazırlaşmaqla buna nail olarıq. sonra da Çempionlar Liqasına yollanarıq. Özümün də burada məqsədlərim yaxşı oynamaq, məndən istənilən oyunu göstərməkdi. Komandada yaxşı qarşılandım - həm futbolçular, həm də məşqçilərlə klubdaklar mənə isti münasibət göstərdilər. Buna çox sevinirəm, belə xoş münasibət məni ürəkləndirdi. Bu, ona yönəlib ki, burada qəribçilik  hiss etməyim. Düzdür, qərib deyiləm, mən də türkəm, burdakılar da. Öz məmkəkətimdə çıxş edirəm. İnşallah, mən də bu yaxşılıqların cavabını oyunumla verərəm". 

 

 

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin