Rüfət Dadaşov “Vulverhempton”nun heyətində dubl etdi

12:58 15 Yanvar 2020

İngiltərənin “Vulverhempton” klubu “Birmingham County Senior Challenge Cup”da növbəti oyununu keçirib.

 

Sportarena.az xəbər verir ki, “canavarlar” “Tividale” ilə qarşılaşmada 6:0 hesablı qələbə qazanıb. Azərbaycan millisinin üzvü Renat Dadaşov oyunda 2 qol vurub.
 

20 yaşlı hücumçu mövsümün ilk yarısını icarə əsasında Portuqaliyanın “Pasuş de Ferreyra” klubunda keçirib. “Vulverhempton” Renatı yenidən icarəyə vermək üçün klub axtarır.


Xəbər xətti