"Sabah"ın oyunu canlı yayımlanacaq

14:46 15 Yanvar 2020

Türkiyənin Antalya vilayətinin Belek bölgəsində təlim-məşq toplanışını davam etdirən “Sabah” bu gün hazırlıq çərçivəsində növbəti yoxlama oyununu keçirəcək.

 

Sportarena.az xəbər verir ki, paytaxt təmsilçisi Rumıniyanın “Akademika Klinçeni” klubu ilə qarşılaşacaq. Görüş Belekdəki "Titanik Mardan" stadionunda Bakı vaxtı ilə 18:30-da başlayacaq.

 

Qarşılaşma “Sabah”ın “YouTube” kanalı vasitəsilə canlı yayımlanacaq.


Digər xəbərlər

Xəbər xətti