“Səbail” Koçuku göndərdi

22:00 15 Yanvar 2020

"Səbail" klubu futbolçusu Yevgeni Koçukla yolları ayırıb.

 

Sportarena.az xəbər verir ki, 27 yaşlı moldovalı yarımmüdafiəçi ilə müqavilə vaxtından əvvəl ləğv olunub. 

 

Qeyd edək ki, Yevgeni Koçuk 2018-ci ilin yanvarından "Səbail"də çıxış edib. O, Bakı təmsilçisinin heyətində 54 oyuna 8 qol vurub. 


Xəbər xətti