"Sumqayıt"ın ikinci oyununun vaxtı açıqlandı

14:44 16 Yanvar 2020

Antalyada təlim-məşq toplanışında olan "Sumqayıt" yanvarın 18-i növbəti yoxlama oyununu keçirəcək.

 

Sportarena.az xəbər verir ki, komanda Rumıniyanın “Politexnika İaşi” klubu ilə üz-üzə gələcək. Bələk bölgəsindəki “Topkapı” otelinin stadionunda baş tutacaq qarşılaşma Bakı vaxtı ilə 16:30-da start götürəcək.

 

"Gənclik şəhəri" təmsilçisi ilk yoxlama oyununda Macarıstanın "Kaposvar" klubuna 3:4 hesabı ilə uduzub.


Xəbər xətti