“Trabzonspor”un yeni baş məşqçisi açıqlandı

19:29 21 Yanvar 2020

Türkiyənin “Trabzonspor” klubunun yeni baş məşqçisi müəyyənləşib.

 

Sportarena.az xəbər verir ki, "bordo-mavililər"i Hüseyn Çimşir çalışdıracaq. O, bu vəzifədə Ünal Karamanı əvəz edib. 40 yaşlı mütəxəssislə 1,5 illik müqavilə imzalanıb.

 

Qeyd edək ki, Hüseyn Çimşir daha öncə Ünal Karamanın köməkçisi idi.


Digər xəbərlər

Xəbər xətti