"Beşiktaş" Abdullah Avcını göndərir?

16:28 24 Yanvar 2020

“Beşiktaş” baş məşqçi Abdullah Avcı ilə yolları ayırmağa hazırlaşır.

 

Sportarena.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Klub rəhbərliyinin komandanın uğursuz çıxışlarına görə artıq yeni məşqçi axtarışında olduğu bildirilir.


Son olaraq Türkiyə kubokunun 1/16 final mərhələsində “Erzurumspor”a evdə 2:3 məğlub olan “Beşiktaş” mübarizəni erkən dayandırıb. Artıq azarkeşlər də sosial şəbəkələrdə Abdullah Avcının istefasını tələb edirlər.

 

Qeyd edək ki, Avcı mövsümün əvvəlində “Başakşəhər”dən “Beşiktaş” keçib. Onun komandası hazırda Superliqada 30 xalla 7-ci pillədədir və lider "Sivasspor"dan 10 xal geridədir.


Digər xəbərlər

Xəbər xətti