Milli komandamızın baş məşqçi postuna 32 namizəd var - RƏSMİ

13:52 28 Yanvar 2020

Futbol üzrə Azərbaycan millisinin baş məşqçi postuna 32 namizəd var. 

 

Sportarena.az xəbər verir ki, bu barədə AFFA-nın yeni icraçı vitse-prezidenti və baş katibi Elxan Məmmədov məlumat verib.

 

Məmmədov bildirib ki, hələ heç bir namizədlə danışıqlar aparılmır. İcraiyyə Komitəsinin 15 gündən sonra keçiriləcək növbəti iclasınadək bu say 15-ə endiriləcək və yekun qərar qəbul olunacaq. Baş katib namizədlər arasında titullu mütəxəssislər də, hələ özünü təsdiqləməyənlərin də yer aldığını söyləyib.

 

Qeyd edək ki, AFFA dekabrda baş məşqçi Nikola Yurçeviçi istefaya göndərib.


Xəbər xətti