Türkiyə və Uels Bakını, İsveçrə İtaliyanı seçdi

11:05 29 Yanvar 2020

AÇ-2020-nin final mərhələsində iştirak edəcək yığmalar turnir ərzində məskunlaşacağı şəhərləri müəyyənləşdiriblər.

 

Sportarena.az xəbər verir ki, A qrupunda iki oyununu Bakıda keçirəcək 3 komanda - Türkiyə, Uels və İsveçrə də seçimini edib.Türklər və britaniyalılar Bakıda qalmağa üstünlük veriblər. İsveçrə yığması isə İtaliyada məskunlaşacaq.

 

Qrup mərhələsinin Türkiyə - Uels, Uels - İsveçrə və İsveçrə - Türkiyə matçları ilə yanaşı, 1/4 finalın bir oyunu da Bakı Olimpiya Stadionunda keçiriləcək.


Digər xəbərlər

Xəbər xətti