Erməni idmançı azərbaycanlı ilə döyüşdən imtina etdi - FOTO

17:00 29 Yanvar 2020

 Rusiyanı təmsil edən erməni əsilli idmançı Eduard Vartanyan azərbaycanlı döyüşçü Nəriman Abbasovla görüşdən imtina edib. 

 

Sportarena.az xəbər verir ki, bununla bağlı Nəriman Abbasov şəxsi "Instagram” hesabında məlumat verib:

 

"Rusiyalı döyüşçü Eduard Vartanyan qorxdu və mənimlə görüşdən imtina etdi. O, özü çağırış etmişdi və mən dərhal razılıq verdim. Rəsmi danışıqlar zamanı o, geri çəkildiyini bildirdi. Çempionluq titulunu qorumaq üçün başqa namizədi gözləyirəm”.

 

Qeyd edək ki, Nəriman Abbasov "Fight Nights” çempion titulunu qorumaq üçün Moskvada erməni Eduard Vartanyanla üz-üzə gəlməli idi.



Digər xəbərlər

Xəbər xətti