Əliyar Ağayev Super Liqa matçına təyinat aldı

10:07 30 Yanvar 2020

Azərbaycanlı FİFA referisi Əliyar Ağayev Yunanıstan Super Liqasının vacib oyununa təyinat alıb.

 

Sportarena.az xəbər verir ki, Yunanıstan Futbol Federasiyasının dəvətinə əsasən, ədalət təmsilçisinin rəhbərlik etdiyi hakimlər briqadası 22-ci tur çərçivəsində keçiriləcək “Panatinaikos” – PAOK oyununu idarə edəcək.

 

Əliyar Ağayevə Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər.

 

Qeyd edək ki, qarşılaşma fevralın 2-si saat 21:30-da baş tutacaq.


Digər xəbərlər

Xəbər xətti