“Yenə Azərbaycan və Türkiyə bayraqlarını qaldıracağam” - Ramil Quliyev

15:33 30 Yanvar 2020

Türkiyə millisinin azərbaycanlı atleti Ramil Quliyev Tokio-2020 olimpiadası ilə bağlı hədəflərindən danışıb.

 

Sportarena.az xəbər verir ki, qızıl medalı hədəfləyən Ramil “Sputnik Azərbaycan”a müsahibəsində mükafatçılar sırasına düşəcəyi halda, Türkiyə və Azərbaycan bayraqlarını dalğalandıracağını deyib:

 

“Allah etsin ki, mən Tokiodakı olimpiadada mükafat qazanım. Bu halda əlbəttə, qaçış zolağına iki bayraqla çıxacağam”.

 

29 yaşlı atlet 2017-ci ildə dünya çempionu olarkən Azərbaycan və Türkiyə bayraqları ilə dövrə vurmuşdu.


Xəbər xətti