“Qarabağ”ın sabiq futbolçusu İtaliya klubunda

09:58 31 Yanvar 2020

“Qarabağ”ın sabiq hücumçusu Samuel Armenterosun yeni klubu bəlli olub.

 

Sportarena.az xəbər verir ki, isveçli hücumçu karyerasını İtaliyanın "Krotone" klubunda davam etdirəcək. B Seriya klubu 29 yaşlı forvardı mövsümün sonuna qədər icarəyə götürüb.

 

Qeyd edək ki, B Seriyasında çıxış edən “Benevento” Armenterosu daha öncə MLS təmsilçisi “Portlend Timbers” klubuna icarəyə vermişdi.

 

Xatırladaq ki, Armenteros 2015/16 mövsümündə “Qarabağ”da oynayıb. O, Ağdam təmsilçisinin heyətində meydana çıxdığı 32 oyunda 11 qol vurub. Samuel 2017-ci ildə İsveç yığmasında dəvət almışdı.


Digər xəbərlər

Xəbər xətti