"Qəbələ" uduzdu, "Qarabağ" qələbə qazandı - YENİLƏNİB

07:23 3 Fevral 2020

Azərbaycan Premyer Liqasında XV tura yekun vurulub.

 

Sportarena.az xəbər verir ki, ikinci oyun günündə daha iki qarşılaşma keçirilib.İlk matç "Qəbələ" və "Keşlə" arasında baş tutub. Qəbələ şəhər stadionunda keçirilən görüşdə 3 qol vurulub və qonaqlar 2:1 hesabı ilə qalib gəlib. Bu qələbə sayəsində xal hesabını "Neftçi" ilə bərabərləşdirən "Keşlə" ikinci pilləyə yüksəlib.Turun son matçı isə autsayder "Səbail" və lider "Qarabağ" arasında baş tutub. "Qarabağ" ilk oyununda qələbə qazanıb - 1:0. 

 

Qeyd edək ki, ilk oyun günündə "Zirə" "Sabah"a 2:0 hesabı ilə qalib gəlib, "Neftçi" - "Sumqayıt" matçında isə qalib müəyyənləşməyib - 1:1. 

 

 

Premyer Liqa

2019/20 mövsümü

III dövrə, XV tur

 

Qəbələ - Keşlə 1:2

Qollar: İviça Zuniç, 60 - Miyusko Boyoviç, 35. Sezar Meza Kolli, 40.

Qəbələ: 94. Tərlan Əhmədli, 11. Asif Məmmədov (k), 74. Yusif Nəbiyev, 4. Sadiq Quliyev, 9. Ehtiram Şahverdiyev, 3. İviça Zuniç, 10. Klesio Bauk, 77. Merab Qiqauri, 21. Fernan Lopez, 19. Rövlan Muradov, 2. Amin Seydiyev.

Ehtiyat oyunçular: 33. Müşfiq Nadirov, 28. Murad Musayev, 14. Ülvi İsgəndərov, 12. Abdelrafik Cerard, 55. İdris İnqilablı, 27. Samir Məhərrəmli.

Baş məşqçi: Azər Bağırov.

Keşlə: 1. Stanislav Namaşko, 4. Slavik Alxasov (k), 17. Vüsal İsgəndərli, 2. İlkin Qırtımov, 22. Əfran İsmayılov, 25. Con Kamara, 21. Miyusko Boyoviç, 5. Franko Flores, 10. Sezar Meza Kolli, 9. Lorenzo Frutos, 7. Tural Bayramlı.

Ehtiyat oyunçular: 94. Rəşad Əzizli, 33. Tərlan Quliyev, 3. Cabir Əmirli, 18. Ruslan Əmircanov, 19. Azər Salahlı, 42. Aleksandr Kristova, 30. Şaxruh Qadoyev, 90. Orxan Fərəcov, 97. Xəzər Mahmudov.

Baş məşqçi: Tərlan Əhmədov.

Hakimlər: Səbuhi Bayramov, Müslüm Əliyev, Eyyub İbrahimov, Rauf Allahverdiyev.

Hakim-inspektor: Ömər Paşayev.

AFFA nümayəndəsi: Seymur Səlimli.

Qəbələ şəhər stadionu.

 

Səbail - Qarabağ 0:1

Qol: Mahir Emreli, 81.

Səbail: 1. Aleksandr Rıbka, 7. Fəhmin Muradbəyli, 13. Şəhriyar Rəhimov, 14. Rahid Əmirquliyev (k), 34. Urfan Abbasov, 55. Adil Nağıyev, 11. Rauf Əliyev, 10. Maykl Esyen, 16. Peyman Keşavarz, 3. Turan Manafov, 77. Ədilxan Qarəhmədov.

Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 88. Orxan Qurbanlı, 26. Kamal Qurbanov, 17. Elçin Rəhimli, 9. Mirsahib Abbasov, 27. Hendrik Ekşteyn, 19. Ruslan Hacıyev, 30. Murad Qayalı, 79. Əli Sadıxov.

Baş məşqçi: Aftandil Hacıyev.

Qarabağ: 12. Şahruddin Məhəmmədəliyev, 5. Maksim Medvedev, 2. Qara Qarayev, 14. Rəşad Sadıqov (k), 55. Bədavi Hüseynov, 11. Mahir Emreli, 8. Markos Madera, 17. Abdullah Zubir, 9. Xayme Romero, 3. Ailton Silva, 18. İsmayıl İbrahimli.

Ehtiyat oyunçular: 13. Vaqner da Silva, 94. Nicat Mehbalıyev, 30. Abbas Hüseynov, 7. Araz Abdullayev, 19. Filip Ozobiç, 99. Maqaye Qeye, 23. Faysal Rerras, 27. Kvabena Ovusu, 21. Hacıağa Hacılı, 24. Nihad Tamazov, 71. Toral Bayramov, 29. Musa Qurbanlı.

Baş məşqçi: Qurban Qurbanov.

Hakimlər: İnqilab Məmmədov, Pərvin Talıbov, Rahil Ramazanov, Fərid Hacıyev.

Hakim-inspektor: İmanxan Sultani.

AFFA nümayəndəsi: Əsgər Əmirəliyev.

"ASCO Arena”.


Digər xəbərlər

Xəbər xətti