“Tottenhem” “Mançester Siti”yə qalib gəldi - VİDEO

10:21 3 Fevral 2020

Futbol üzrə İngiltərə Premyer Liqasının 25-ci turunun matçında London “Tottenhem”i “Mançester Siti”yə qalib gəlib.

 

Sportarena.az xəbər verir ki, Londonda keçirilən oyun 2:0 hesabla bitib. Qaliblərin heyətində Stiven Berqveynlə Son Hın Min fərqlənib. 60-cı dəqiqədə "şəhərlilər"in yarımmüdafiəçisi Aleksandr Zinçenko qırmızı vərəqə alıb.

 

25-ci turdan sonra “Tottenhem” (37 xal) İngiltərə Premyer Liqasının turnir cədvəlində 3-cü, “Mançester Siti” isə 2-ci yerdə qərarlaşıb.

 

 


Digər xəbərlər

Xəbər xətti