Nikola Yurçeviç: "Azərbaycan millisi ilə daha çox xal toplaya bilərdik"

13:22 3 Fevral 2020

Azərbaycan millisinin sabiq baş məşqçisi Nikola Yurçeviç Xorvatiya mətbuatına müsahibə verib.

 

Sportarena.az xəbər verir ki, 54 yaşlı mütəxəssis yığmadakı fəaliyyətindən də danışıb. Yurçeviç bildirib ki, komandası bütün oyunlarda böyük addım atıb. Onun fikrincə, Azərbaycan millisi ilə daha çox xal toplaya bilərdi:

 

"Açığı, Azərbaycan mənim üçün qeyri-adi və xoş ölkə idi. Əla şəhərdə - Bakıda yaşayırdım. Biz əlverişsiz rəqib idik. Seçmə tsiklin sonunadək daha çox xal toplaya bilərdik. Azərbaycanda oyunçular bazası, reytinqimizi nəzərə alsaq, keyfiyyətlidi. Çempionat baxımından isə 8 komanda və 40-dək oyunçu arasından 20-25-ni seçməli idik. Fikrimcə, sıçrayışdan məmnun olmalıyıq. Amma Macarıstanda son dəqiqələrdə təmiz qolumuz oğurlandı. Xorvatiya, Uels və elə Macarıstanın özünün necə uyğunsuz vəziyyətə düşdüyünü görməyə dəyərdi". 

 

Qeyd edək ki, Nikola Yurçeviçin rəhbərliyi altında Azərbaycan millisi "AVRO-2020"nin seçmə mərhələsini 1 xalla başa vurub. 


Digər xəbərlər

Xəbər xətti