Dəm qazında boğulan idmançı Nəriman Abbasovun qardaşı imiş

14:51 3 Fevral 2020

Xəbər verdiyimiz kimi, Sabunçu rayonu, Ramana qəsəbəsində MMA döyüşçüsü Arzuman Abbasov dəm qazından boğularaq ölüb. 

 

Sportarena.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, 17 yaşlı idmançı tanınmış MMA döyüşçüsü, “Fight Nights Global”ın yüngül çəkidə çempionu Nəriman Abbasovun qardaşıdır. 

 

Tailanda kəmərini qorumaq üçün təlim-məşq toplanışına yollanan Abbasov bir gün sonra qardaşının ölüm xəbərini öyrənib. Əldə etdiyimiz məlumata görə, o, qardaşının dəfni üçün bu gün vətənə qayıdacaq. 


Digər xəbərlər

Xəbər xətti