Azərbaycan taekvondoçuları "Turkish Open"də 6 medal qazandı

10:13 4 Fevral 2020

Türkiyənin İstanbul şəhərində təşkil olunan G1 kateqoriyalı "Turkish Open" turnirində Azərbaycan taekvondoçuları 6 medal qazanıblar. 

 

Sportarena.az xəbər verir ki, ilin ilk yarışı olan açıq çempionatda Cavad Ağayev (68 kq), Milad Beigi Harçeqani (80 kq) və qadın taekvondoçu Fəridə Əzizova (67 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

 

Məhəmməd Məmmədov (80 kq), Payam Qobadi Oğaz (87 kq) və Radik İsayev (+87 kq) isə bürünc medalla kifayətlənib.


Xəbər xətti