“Qərarımdan zərrə qədər də peşman deyiləm” - Emil Balayev

12:09 5 Fevral 2020

"Bir neçə gün öncə "Tobol" rəsmi olaraq tərk etdim. Keçən il ərzində bu klub və şəhərə çox alışdım. "Tobol" tərkibində daha da inkişaf edib, Qazaxıstan liqasının ən yaxşı qapıçıları siyahısına düşdüm. Milli yığma komandamızda da debütüm məhz bu klubun şərəfini qoruyaraq baş tutdu"

 

Sportarena.az xəbər verir ki, bu fikirləri Qazaxıstanın "Tobol" klubundan ayrılan futbol üzrə Azərbaycan millisinin qapıçısı Emil Balayev şəxsi İnstaqram hesabında yazıb.Gənc qolkiper qərarından peşman olmadığını bildirib. O, bu il "sarı-yaşıllar"ı tərk etməsini komandaya erməni əsilli Qriqori Babayanın baş məşqçi təyin edilməsi ilə əlaqələndirib: 

 

"Ötən mövsümün sonunda bir daha bu klubda oynamayacağım ağlıma belə gəlməzdi, lakin bu il "sarı-yaşıllılar"ı tərk etdim. Yeni baş məşqçinin təyinatı sonrası təbii ki, mənim futbol gələcəyim bir çoxlarını maraqlandırırdı. Mən isə, məlum səbəblərdən dolayı, komandanı tərk etməyə qərar verdim və bu qərardan zərrə qədər də peşman deyiləm.Klubun rəhbərliyinə minnətdarlığımı bildirmək istərdim, çünki, onlar məni başa düşüb, problemsiz müqaviləyə xitam verməyə razı oldular. Kostanay və kostanaylılar barədə məndə yalnız gözəl xatirələr qalacaq. Hər şeyə görə çox sağ olun!".


Xəbər xətti